Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson vilayətinə endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
"Far.Az" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, zərbələr yaşayış məntəqələri də daxil olmaqla kritik və sosial infrastruktura endirilib.
"Hücumlar nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Çoxmərtəbəli 14 bina və 5 ev zərər görüb. Eyni zamanda, inzibati bina, mağaza, qaz kəməri və şəxsi avtomobillər də zədələnib", - məlumatda bildirilib.