AZ

Rusiya ordusu Zaporojyeyə yüzlərlə zərbə endirib: Yaralılar var

Rusiya ordusunun ötən gün Ukraynanın Zaporojye vilayətinə hücumları nəticəsində üç nəfər yaralanıb.

Sitat.info "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zaporojye hərbi administrasiyasının rəhbəri İvan Fyodorov bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri ötən gün vilayətin 33 yaşayış məntəqəsinə 1 019 zərbə endirib: "Yaşayış evləri, avtomobillər və infrastruktur obyektlərinin zədələnməsi ilə bağlı 149 məlumat daxil olub".

Seçilən
19
7
sitat.info

8Mənbələr