"Azərbaycanda vəkillərin pensiya təminatında ciddi problemlər var".
Bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiya üzvlərinin ümumi yığıncağında deyib.
Anar Bağırov: Azərbaycanda vəkillərin pensiya təminatında ciddi problemlər var
O bildirib ki, vəkillərin pensiyaları fərqli hesablanmalıdır:
"Digər peşələrlə müqayisədə vəkillərin pensiya məbləğində fərq var. Vəkillər qocaldıqca öz ödənişlərinə uyğun pensiya ilə təmin olunmalıdır. Bununla bağlı işlər görülür".
Oxu.az
Tarix: 31 Yanvar 2026, 11:17