AZ

"Bu günü çoxdan gözləyirdim" - Het-trik edən "Qəbələ"li topu niyə götürməyib?

Misli Premyer Liqasının 18-ci turunda "İmişli"ni 3:2 hesabı ilə məğlub edən "Qəbələ"nin hücumçusu Domi Massumo het-triklə yadda qaldı.

Konqolu ön xətt oyunçusu oyundan sonra fikirlərini Fanat.Az-a bölüşdü:

"Məşqlərdə öz üzərimdə çox çalışıram. Bu günü çoxdan gözləyirdim. Şadam ki, bu dəfə hər şey yaxşı alındı. Het-trik etdiyim üçün xoşbəxtəm. Şadam ki, qələbə qazandıq. Oyundan əvvəl klubun əməkdaşlarından biri bu matçda iki qol vuracağımı demişdi. Mən isə het-trikə imza atdım".

Het-trik edən futbolçular topu adətən özləri ilə aparırlar. Massumo bu məqama da münasibət bildirdi: "Düzü, topu başqa adam götürdü. Problem yoxdur, gətirib mənə verəcəklər".

Premyer Liqada 6 qol vuran legioner bombardir olmağa can atmadığını vurğuladı: "Hansı mövqedə oynamağım, neçə qol vurmağım o qədər də önəmli deyil. Mən hər matçda komandama kömək etməyə çalışıram. Necə olacağını fempionatın sonunda görəcəyik".

Nihat

Seçilən
7
fanat.az

1Mənbələr