Kliniki Tibbi Mərkəz ötən ilin noyabrında Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında vəfat edən Bakı Milli Geyim Evinin mərhum rəhbəri Könül Vəlibəylinin (Hümbətova) yaxınlarının ittihamlarına cavab verib.
Mərkəzdən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, Ləman Qulamovanın başqa xəstəxanaya köçürülməsi yaxınlarının müraciəti əsasında həyata keçirilib:
“Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə 2000-ci il təvəllüdlü Ləman Qulamova tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstə dərhal intubasiya edilib, süni tənəffüs aparatına qoşulub. Daha sonra Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentə periferik damar yolu açılıb və kardiomonitora qoşularaq daimi monitorinqlə təmin edilib.
24.11.2025-ci il tarixdə Ləman Qulamova yaxınlarının könüllü müraciəti əsasında Yeni Klinikaya köçürülüb”.
Qeyd edək ki, noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Qənbərli, 1983-cü il təvəllüdlü Samir Məhəmmədov və 1977-ci il təvəllüdlü Könül Hümbətova ölüb. 25 nəfər tüstüdən zəhərlənib, onlardan biri də həmin yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovadır.
Aytac Əliyeva
Telegram kanalımız