AZ

Rusiya hiddətlənib, Azərbaycanla aramızda yeni müharibə istəyir - Stepanyan

BAKI, 31 yanvar. TELEQRAF

“Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması Rusiyanı hiddətləndirib”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq David Stepanyan deyib.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın TRIPP və ya “Tramp Marşrutu” ilə bağlı açıqlamasını “gülünc və acınacaqlı” adlandırıb:

“Kim deyirsə ki, TRIPP-in gələcəyi yoxdur, yalan danışır. Əgər bu çıxılmaz yoldursa, bəs alternativ nədir? Ermənistan heç vaxt indiki qədər suveren olmayıb. Ölkəmiz Qarabağ münaqişəsinin girovuna çevrilmişdi. Artıq altımızda yerləşdirilmiş belə bir bomba yoxdur”.

Stepanyan Robert Köçəryanın bağlı olduğu Rusiyanın da bölgədə sülh yox, müharibə istədiyini söyləyib:

“Rusiya görür ki, heç nə onun istədiyi kimi getmir, buna görə də əsəbləşir. Onlar müharibə istəyirlər”.

Seçilən
15
teleqraf.com

1Mənbələr