Müğənni Afət Fərmanqızı Türkiyənin məşhur müğənnisi Yıldız Tilbenin Vəfa Şərifovanı məhkəməyə verməsinə münasibət bildirib.
“Yeni Sabah”ın xəbərinə görə, o, Y.Tilbenin şikayətini sosial media hesabında paylaşaraq yazıb:
“Bu xəbəri eşitdiyim an yalan və böhtan olduğunu düşünmüşdüm, çünki siz dəyərli sənətkarsınız. Sizi sevirəm”.
Qeyd edək ki, V.Şərifova Y.Tilbe ile 100 min dollar qarşılığında duet oxuyacağını bildirmişdi. Lakin Y.Tilbe bu iddiaların əsassız olduğunu bildiriərək yayılan informasiyalara görə Vəfanı məhkəməyə verdiyini deyib.
A. Fərmanqızı da V.Şərifova ilə uzun müddətdir mübahisələri olduğu üçün bunu sosial mediada paylaşaraq ona söz atıb.
Aydan Hacı
Telegram kanalımız