AZ

ABŞ Səudiyyə Ərəbistanına 9 milyard dollarlıq "Patriot" ZR komplekslərinin satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 9 milyarddollar dəyərində “Patriot” tipli zenit-raket kompleksləri vəəlaqədar avadanlıqların mümkün satışını təsdiqləyib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Pentaqonun açıqlamasına görə, “Patriot Advanced Capability-3Missile Segment Enhancement” (PAC-3 MSE) tipli raketlərin satışındaəsas podratçı “Lockheed Martin” şirkəti olacaq.

Məlumata görə, Dövlət Departamentinin bu qərarı SəudiyyəƏrəbistanının 730 ədəd “PAC-3 MSE” raketi almaq üçün etdiyimüraciətindən sonra verilib.

Pentaqon əlavə edib ki, təklif olunan satış Yaxın Şərqdə hərbibalansı dəyişməyəcək və ABŞ-ın müdafiə hazırlığına mənfi təsirgöstərməyəcək.

Məqalədə:
Seçilən
4
az.trend.az

1Mənbələr