Çempionlar Liqasında pley-offa vəsiqə “Qarabağ”a 1 milyon avro qazandırdı. Bundan başqa, liqa mərhələsinin yekun turnir cədvəlində 22-ci yerdə qərarlaşmağa görə ölkə çempionunun hesabına daha 4,5 milyon avro daxil olacaq. Beləliklə, “Qarabağ” bir gecədə 5,5 milyon avro qazandı.
Ümumiyyətlə, “köhlən atlar”ın cari mövsüm üçün qazancı artıq 36 milyon avronu keçib. Xatırladaq ki, çempion ÇL-də liqa mərhələsinə çıxdığına görə 18,62 milyon alıb. “Benfika”, “Kopenhagen” və “Ayntraxt” üzərindəki qələbələrin mükafatı 6,3 milyon, “Çelsi” ilə oyundakı heç-heçənin mükafatı 700 min avrodu. Pley-offa vəsiqə və 22-ci yer isə bir qədər əvvəl qeyd etdiyimiz kimi kluba daha 5,5 milyon qazandırıb.
UEFA-nın klub əmsalına və teletranslyasiyaya görə də ödəniş etməsi nəzərdə tutulur. “Qarabağ” bu yolla da ən azı 4,9 milyon qazanacaq. Nəhayət, ağdamlılar 1/8 finala çıxacağı təqdirdə büdcəsini daha 11 milyon avro zənginləşdirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta