''Fənərbaxça''nın forvardı Con Duran ilə bağlı sürpriz transfer iddiası ortaya atılıb.
"Football-plus.az" xəbər verir ki, italiyalı insayder Canluka Di Martsio kolumbiyalı futbolçunun yeni klubunun adını açıqlayıb. Onun ''son dəqiqə xəbəri'' paylaşımında Duranın ''Lill''ə transfer olunmaq üzrə olduğu bildirilib. İtaliyalı jurnalist Fransa təmsilçisinin Duranı mövsümün sonuna qədər icarəyə götürəcəyini iddia edib.
Şayiələrə inansaq, hazırda ''Fənərbaxça'' ilə Duran arasında icarə müqaviləsinin ləğvi ilə bağlı danışıqlar aparılır. Hadisələrin bu cür axarını böyük bir gözlənilməzlik adlandırmaq olar. Çünki Duranın bu qış ayrılmaq istəməsi barədə heç bir xəbər yox idi.
Bir müddət öncə ''sarı-lacivərdlilər''in digər hücumçusu Yussef Ən-Nəsiri ''Yuventus''a keçməyin bir addımlığında idi. Amma onun transferi son anda baş tutmadı. Mövsümün əvvəlində ''Əl-Nəssr''dən icarəyə götürülən Duran indiyə qədər ''Fənər''də 21 oyuna çıxaraq aktivinə 5 qol, 3 məhsuldar ötürmə yazıb. İstanbul nəhəngi əslində onu birillik icarəyə götürmüşdü.
Duranın transfer dəyəri 32 milyon avro civarındadı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta