AZ

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,46ABŞ dolları və ya 0,63% artaraq 73,35 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,89 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Telegram kanalımız
Seçilən
23
49
yenisabah.az

10Mənbələr