AZ

Doğma klubuna qayıtdı, ən bahalı oyunçu oldu

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa Braziliyanın “Flamenqo” klubuna transfer olunub.

Publika.az xəbər verir ki, keçidin məbləği 42 milyon avro təşkil edib. 28 yaşlı futbolçu Braziliya çempionatına transfer olunan ən bahalı oyunçu olub. O, bu göstəricidə “Zenit”dən «Flamenqo»ya 30 milyon avroya keçən Jersonu geridə qoyub.

Paketa “Vest Hem”in heyətində 139 oyunda meydana çıxıb, 23 qol vurub və 15 məhsuldar ötürmə edib.

Seçilən
26
publika.az

1Mənbələr