AZ

Azərbaycan Basketbol Liqasının XV turunda bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının XV turunda bu gün daha iki oyun keçiriləcək.

"Far.Az"un məlumatına görə, Bakı İdman Sarayında "Abşeron Lions" "Sabah"la qarşılaşacaq.

Qarşılaşma saat 18:00-da başlayacaq.

Günün ikinci matçında isə "Sumqayıt" doğma meydanda "Sərhədçi"ni qəbul edəcək. Qarşılaşmanın start fiti saat 14:00-da səslənəcək.

A qrupunda "Sabah" və "Abşeron Lions" müvafiq olaraq 27 xalla birinci və ikinci pillələri bölüşürlər. B qrupunda isə "Sumqayıt" 19 xalla dördüncü, "Sərhədçi" isə 18 xalla sonuncu - altıncıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Lənkəran" - "Ordu"nu (103:63), "Naxçıvan" isə "Quba"nı (82:70) məğlub edib.

Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.

Seçilən
34
4
far.az

3Mənbələr