AZ

Həkimdən krandan su içənlərə xəbərdarlıq: "Ciddi təhlükələr var!"

Çirklənmiş içməli su ağır infeksiyalar və xroniki xəstəliklər riskini artıra bilər.

Publika.az xəbər verir ki, bunu yoluxucu xəstəliklər üzrə məşhur mütəxəssis, tibb elmləri doktoru Vladimir Neronov "İzvestiya"ya açıqlamasında bildirib.

Həkim qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, mikrobioloji cəhətdən təhlükəsiz olmayan su ishal, vəba, dizenteriya, tif xəstəliyi və poliomielit kimi xəstəliklərin mənbəyi olaraq qalır. O, bu istiqamətdə ən həssas qupu kimi uşaqları göstərib. Mütəxəssisin sözlərinə görə, onlar üçün təkrarlanan bağırsaq infeksiyaları təkcə xəstəliklərə deyil, həm də fiziki və koqnitiv problemlərə, ümumi inkişafın gecikməsinə səbəb ola bilər.

Neronov onu da bildirib ki, risklər yalnız bakteriya, virus və parazitlərlə bağlı deyil, həm də kimyəvi çirklərlə əlaqəlidir. O qeyd edib ki, ağır metallar, nitratlar, üzvi birləşmələr və dezinfeksiya məhsulları daha az nəzərə çarpan təsirə malik olsalar da, ürək-damar, sinir, endokrin və reproduktiv sistemlərə mənfi təsir göstərə bilirlər.

Ekspert qeyd edib ki, mərkəzləşdirilmiş su təchizatı sistemləri milli standartlara və ÜST tövsiyələrinə uyğun olaraq mexaniki təmizləmə, dezinfeksiya və suyun keyfiyyətinin davamlı monitorinqini əhatə edən çoxmərhələli mühafizə sistemi olmalıdır. Lakin, bu sahədə ciddi monitorinq olsa belə, nasazlıqların yaranması mümkündür.

Seçilən
24
publika.az

1Mənbələr