AZ

Orta məktəbə hicabla göndərilən azyaşlılar, qanun nə deyir?

Son illər müzakirə olunan mövzulardan biri orta ümumtəhsil məktəblərində vahid geyim qaydalarının tətbiqindəki boşluqlardır.

Teleqraf İnformasiya Agentliyi bildirir ki, məktəbli geyiminin əsas məqsədi şagirdlər arasında sosial fərqlərin aradan qaldırılması, təhsil müəssisələrində bərabərliyin, nizam-intizamın təmin olunmasıdır.

Eyni zamanda, bu cür geyim ümumi etik və estetik cəhətdən xoşagələn görüntünü önə çıxarır. Bu sahədəki müəyyən boşluqlar təhsil müəssisələrində vahid geyim formasının tətbiqində problemlərə yol açır.

Məktəbli geyimi ilə bağlı yanaşma təhsil hüququnun, uşağın azad inkişafının və dünyəvi dövlət modelinin qorunmasına, bərabərlik isə uşağın psixoloji təhlükəsizliyinə xidmət edir.

Araşdırmalar göstərir ki, dini və ideoloji təbliğat bu prosesə zərərli təsir göstərir. Zaman-zaman hicabla bağlı manipulyativ mövqe sərgilənir, baş örtüyü ilə məktəbə buraxılmama “qadın hüquqlarının pozulması”, “təhsil hüququnun əlindən alınması” kimi təqdim olunur...

Seçilən
92
publika.az

1Mənbələr