Bakı. Trend:
Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarındanəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yolhərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. İstirahətgünlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahətzonalarına yönələn intensiv hərəkət axını fonunda baş verənyol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi,diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlıolur.
Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərəmüraciətində deyilir.
Bildirilir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindənhəftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktiktədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnızinzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitinformalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən,sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqətinəçatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yolaçıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, araməsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevrqaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırırvə bir çox hallarda ağır nəticələrə səbəb olur. Xüsusilə uzunməsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilintexniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğunhərəkət etməsi vacibdir.