
Azərbaycan Xalq Cümhuriyyətinin banisi, mühacirətdə belə azadlıq mübarizəsindən dönməyən, “Bir kərə yüksələn bayraq, bir daha enməz” deyərək milli ruhu yaşadan böyük dövlət xadimi.Ulusum.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müasir tarixində azadlıq ideyasının simvoludur.O, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və istiqlal düşüncəsinin memarı idi.“Bir kərə yüksələn bayraq, bir daha enməz” kəlamı onun siyasi iradəsinin ifadəsidir.1920-ci ildə Cümhuriyyət süqut etsə də, Rəsulzadə mübarizəni dayandırmadı.Gizli fəaliyyətlə xalqın azadlıq ruhunu diri saxladı.Repressiya və qırğınlar dövründə milli vicdanın sönmədiyinə inanırdı.Həbs olundu, lakin ideyaları zəncirlənmədi.Mühacirət həyatı onun üçün yeni bir mübarizə cəbhəsi oldu.İstanbuldan Varşavaya, Berlindən Ankaraya qədər istiqlal yolunu davam etdirdi.Azərbaycan mühacirlərini vahid amal ətrafında birləşdirməyə çalışdı.Qafqaz xalqlarının birgə azadlığı ideyasını müdafiə etdi.Onun publisistikası milli düşüncəni formalaşdıran əsas mənbələrdən oldu.Yüzlərlə məqalə ilə azadlıq tarixini qələmə aldı.Ömrünü vətənə dönmədən, vətən üçün yaşadı.Rəsulzadə mərdliyi, əqidəsi və tarixi missiyası ilə xalq yaddaşında əbədi qaldı. 🇦🇿
Diqqət Çəkənlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Bu şəxslər cuğundur yeməzdən əvvəl mütləq bilməlidir
Sahibə Qafarovanın qardaşı ilə vida mərasimi keçirilir