Bakı. Trend:
Niderlandın ING bank qrupu Azərbaycanda 2028-ci ilə qədərümumdaxili məhsul (ÜDM) artımı ilə bağlı yenilənmiş proqnozlarınıdərc edib.
Trend xəbər verirki, bu barədə Niderlandın ING bank qrupunun hesabatındadeyilir.
Analitiklərin qiymətləndirmələrinə görə, 2026-cı ildə illik ÜDMartımı 2,5 faiz təşkil edəcək, 2027-ci ildə isə artımın 3 faizəqədər sürətlənəcəyi gözlənilir.
2026-cı il rüblər üzrə proqnozlar belədir: birinci rübdə ÜDMartımı 3 faiz, ikinci rübdə 2 faiz, üçüncü rübdə 4 faiz, dördüncürübdə isə 1 faiz səviyyəsində olacaq.
2027-ci ildə dinamika aşağıdakı kimi proqnozlaşdırılır: birincirübdə artım 4 faiz, ikinci rübdə 1,5 faiz, üçüncü rübdə 2,5 faiz,dördüncü rübdə isə 4 faiz təşkil edəcək.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,2025-ci ildə Azərbaycanda 129,1 milyard manat məbləğində ümumidaxili məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 1,4faiz çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb,qeyri-neft-qaz sektorunda isə 2,7 faiz artıb.
ÜDM istehsalının strukturunda sənayenin payı 33 faiz, ticarət vənəqliyyat vasitələrinin təmiri sahəsinin payı 11,3 faiz, nəqliyyatvə anbar təsərrüfatının payı 7,1 faiz, tikintinin payı 6,5 faiz,kənd, meşə təsərrüfatı və balıqçılığın payı 5,9 faiz, turistlərinyerləşdirilməsi və ictimai iaşənin payı 2,8 faiz, informasiya vərabitə sahəsinin payı 2,1 faiz, digər sahələrin payı isə 21,7 faiztəşkil edib. Məhsullara və idxala xalis vergilər ÜDM-in 9,6 faizinitəşkil edib.