AZ

Toy kortejində qəzaya düşən azərbaycanlı gənc ÖLDÜ

Yanvarın 28-də Gürcüstanda Marneuli bələdiyyəsinin Baydar kəndi yaxınlığında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir azərbaycanlı gənc vəfat edib.

Oxu.Az xəbər verir ki, avtomobilin ağaca çırpılması nəticəsində ağır bədən xəsarətləri ilə Tbilisidə xəstəxanaya yerləşdirilən Sənan Şərifov iki gün sonra orada dünyasını dəyişib.

Xatırladaq ki, qəza zamanı iki azərbaycanlı gənc hadisə yerində həlak olmuş, iki nəfər isə xəsarət almışdı.

Qeyd edək ki, hadisənin gəlin aparmaq üçün yola çıxan toy karvanında olan avtomobillərin bir-biri ilə yarışması nəticəsində baş verdiyi bildirilirdi.

Milli.Az

Seçilən
21
milli.az

1Mənbələr