AZ

ING Group Azərbaycanda 2026-cı ildə inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib

Bakı. Trend:

Niderlandın ING Group şirkətinin proqnozlarına görə,Azərbaycanda inflyasiyanın 2026 və 2027-ci illərdə müvafiq olaraq5% və 8,9% səviyyəsində olacağı gözlənilir.

Bu barədə Trendqrupa istinadən xəbər verir.

Beləliklə, ING 2026-cı il üzrə inflyasiya proqnozunu aşağısalıb, belə ki, əvvəlki hesabatda bu göstərici 5,3% təşkiledirdi.

2026-cı il üçün rüblük proqnoz aşağıdakı kimidir: I rüb – 5,1%,II rüb – 5%, III rüb – 4,8%, IV rüb – 5,1%.

2027-ci il üçün rüblük proqnoz: I rüb – 8,3%, II rüb – 9,3%, IIIrüb – 9,2%, IV rüb – 9%.

Şirkətin hesablamalarına əsasən, 2025-ci ildə ölkədə inflyasiya5,6% təşkil edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə,2025-ci ilin dekabr ayında ölkədə istehlak qiymətləri indeksi2024-cü ilin dekabr ayı ilə müqayisədə 105,2% olub. O cümlədən,ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə106,4%, qeyri-ərzaq məhsulları üzrə 102,5%, əhaliyə göstərilənödənişli xidmətlər üzrə isə 105,7% təşkil edib.

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlkiayla müqayisədə 100,8%, yanvar–dekabr ayları üzrə isə əvvəlki ilinmüvafiq dövrü ilə müqayisədə 105,6% olub.

Məqalədə:
Seçilən
42
2
az.trend.az

3Mənbələr