AZ

Goranboyda dəhşətli qətl

Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər 5 radələrində rayonun Faxralı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1963-cü il təvəllüdlü Zoya Rüstəm qızı Əhmədova bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı Z.Əhmədovanın gəlini, 1995-ci il təvəllüdlü Jalə Sahib Qızı Yolçuyeva da bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, hadisəni Z.Əhmədovanın oğlu, Vətən müharibəsi qazisi, üçüncü qrup əlil, 1987-ci il təvəllüdlü Emin Xaləddin oğlu Vəliyev törədib.

Hadisənin ailə münaqişəsi zəmininə baş verdiyi bildirilir.

Seçilən
30
9
publika.az

10Mənbələr