Bakı. Trend:
ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) özagentlərinin məhkəmə orderi olmadan insanları həbs etməksəlahiyyətlərini genişləndirib.
Trend-inməlumatına görə, bu barədə daxili sənədləri əldə etmiş “The NewYork Times” (NYT) qəzeti xəbər yayıb.
Nəşr yazır ki, yeni qaydalar federal agentlərin səlahiyyətləriniəhəmiyyətli dərəcədə artırır. Əvvəllər ICE əməkdaşları konkret birşəxsin saxlanılması üçün məhkəmə orderi alaraq hədəfli həbslərhəyata keçirirdilər. Yeni yanaşmaya əsasən isə reydlər zamanı birşəxsin ölkədə qanunsuz olduğu və həbs orderi rəsmiləşdirilənədəkqaça biləcəyi barədə şübhə yaranarsa, agentlər onu dərhal saxlayabiləcəklər.
NYT qeyd edir ki, əvvəllər bu cür addımlar yalnız immiqrasiyaagenti şübhəlinin gələcəkdə mühakimədən yayınacağı, məsələn,məhkəmə dinləmələrinə gəlməyəcəyi ehtimal edildikdə mümkün idi.Qəzet xatırladır ki, ICE-in direktoru vəzifəsini icra edən ToddLeyons daha əvvəl bu cür yanaşmanı “əsassız” və “yanlış”adlandırmışdı. Yeni qaydalara görə isə, əgər ICE əməkdaşı orderverildiyi anda şəxsin “aşkarlandığı yerdə və ya digər konkretünvanda tapılmayacağına” qərar verərsə, məhkəmə orderi tələbolunmayacaq.
NYT-nin rəyini öyrəndiyi ekspertlərin fikrincə, bu cür təfsirhəbs orderi institutunu faktiki olaraq mənasız edə və federalagentlərə, demək olar ki, istədikləri şəxsi saxlamaq imkanı verəbilər.