Bakı. Trend:
Bu gün əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta(IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyənşəxslər üçün eksternat qaydada imtahanlar keçiriləcək.
Trend Məktəbəqədərvə Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki,ölkə üzrə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciətedib.
İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən 31 yanvarsaat 11:00-da təşkil olunacaq.
Bakıda isə eksternat qaydasında imtahanlar ilk dəfə elektronqaydada keçiriləcək. Eksternat imtahanları paytaxtdakı 10, 158,229, 263 nömrəli tam orta ümumtəhsil məktəblərində və 220 nömrəliməktəb-liseydə təşkil olunacaq.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqimüxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsinibaşa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanıverib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədidaşıyır.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tamorta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahanMərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etməkhüququna sahib olacaqlar.