AZ

Kiprdə hərbi təlimlər zamanı 13 kiloqramdan çox trotil yoxa çıxdı

Bakı. Trend:

Kiprdə keçirilən hərbi təlimlər zamanı 13 kiloqramdan çoxtrinitrotoluolun (trotil) itkin düşdüyü məlum olub.

Trend xəbər verirki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsiKristofer Pyeris məlumat yayıb.

Onun sözlərinə görə, hadisə yanvarın 29-da Limassol vilayətininKalo Xorio kəndində yerləşən hərbi poliqonda qeydə alınıb. Mühəndisqoşunlarının təlimləri zamanı proqramda nəzərdə tutulan nəzarətlipartlayış baş tutmayıb. Təhlükəsizlik qaydalarına riayət edildikdənsonra ərazi yoxlanılıb və iki partlayıcı qurğunun yerində olmadığımüəyyən edilib.

Məlumata görə, itkin düşən qurğular raketlərin məhv edilməsiüçün nəzərdə tutulub və ümumilikdə 30 funt, yəni təxminən 13,6kiloqram trotil ehtiva edib.

Hadisədən sonra yanvarın 30-na planlaşdırılan təlimlərin ikincigünü araşdırma yekunlaşana qədər təxirə salınıb.

Kipr mətbuatının yazdığına görə, Müdafiə Nazirliyində insidentinböyük ehtimalla partlayıcı maddələrin oğurlanması ilə bağlı olduğuistisna edilmir.

Seçilən
29
az.trend.az

1Mənbələr