AZ

ABŞ Senatı hökumətin maliyyələşdirilməsinə dair qanunun lehinə səs verib

Vaşinqton, 31 yanvar, AZƏRTAC

ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihələrinin yenidən işlənmiş paketini qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, 71 senator lehinə, 29 əleyhinə səs verib. Respublikaçılar Partiyasının 5 üzvü əleyhinə səs verənlər arasındadır.

Lakin hökumətin qismən bağlanması gecə yarısında qüvvəyə minməli olacaq, çünki qanun layihəsini Nümayəndələr Palatası da təsdiqləməlidir. O isə bazar ertəsinə qədər toplanmayacaq.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
37
2
azertag.az

3Mənbələr