AZ

Konqoda mədənin çökməsi nəticəsində azı 227 nəfər ölüb

Bakı, 31 yanvar, AZƏRTAC

Konqo Demokratik Respublikasının (KDR) şərqində, “23 Mart Hərəkatı” (M23) üsyançılarının nəzarətində olan ərazidə mədənin çökməsi nəticəsində azı 227 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Şimali Kivu əyalətində, Rubaya şəhəri yaxınlığında baş verib. Ölənlərin sayının arta biləcəyi bildirilir.

Qeyd olunur ki, sözügedən mədəndə dünya üzrə yüksək tələbat olan koltan hasil edilir.

Seçilən
67
9
azertag.az

10Mənbələr