Bakı. Trend:
ABŞ Ədliyyə Nazirliyi maliyyəçi Ceffri Epşteynin işi ilə bağlıəlavə sənədləri ictimaiyyətə açıqlamağı planlaşdırır.
Trend xəbər verirki, bu barədə ABŞ Baş prokurorunun müavini Todd Blanş məlumatverib.
CNBC-nin məlumatına görə, Blanş mətbuat konfransında nazirliyincümə günü təxminən 2 min video və 180 min fotoşəkil yayımlayacağınıbildirib.
O qeyd edib ki, bu qərar Ədliyyə Nazirliyinin “Epşteyn işi” iləbağlı bütün federal materialların dekabrın 19-dək açıqlanmasınınəzərdə tutan qanunun icra edilməməsi ilə bağlı tənqidlər fonundaqəbul olunub.
Todd Blanşin sözlərinə görə, hazırda 500-dən çox vəkil vəƏdliyyə Nazirliyinin digər əməkdaşları qanunvericiliyin tələblərinəuyğun olaraq hansı materialların açıqlanmalı olduğunumüəyyənləşdirmək məqsədilə Epşteynə aid sənədləri nəzərdənkeçirirlər.