AZ

İraqda prezident seçkiləri fevralın 1-də keçiriləcək

İraq parlamenti prezident seçkilərinin 1 fevral tarixində keçirilməsini planlaşdırır.

APA xəbər verir ki, bu barədə INA agentliy parlamentə istinadən məlumat yayıb.

Məlumata görə, həmin gün keçiriləcək iclasın gündəliyinə bir sıra deputatların andiçmə mərasimi və ölkə prezidentinin seçilməsi daxildir. Prezident seçkiləri əvvəlcə 27 yanvara təyin edilsə də, parlamentdə kvorumun olmaması səbəbindən təxirə salınmışdı.

Xatırladaq ki, 2025-ci il 29 dekabrda İraq parlamenti yeni spiker seçib və bununla da konstitusiyaya əsasən prezidentin seçilməsi üçün nəzərdə tutulan 30 günlük müddətin geri sayımı başlayıb. Prezident seçildikdən sonra o, parlamentdə ən böyük koalisiyaya baş nazir postuna namizəd irəli sürmək səlahiyyəti verəcək.

Seçilən
20
apa.az

1Mənbələr