AZ

Serj Qnabri “Tottenhem”ə transfer ola bilər

Bakı. Trend:

“Bavariya”nın cinah oyunçusu Serj Qnabri İngiltərənin“Tottenhem” klubuna keçə bilər.

Trend xəbər verirki, mətbuat əvvəllər London klubunun zədələnmiş Məhəmməd Kudusunyerinə oyunçu axtardığını qeyd etmişdi. Bundan əlavə, hücumçuBrennan Conson bu qış “Kristal Palas”a transfer olunub.

Qnabri 2012-2016-cı illərdə “Arsenal”da çıxış edib, daha sonraBundesliqaya keçib. Almaniyalı cinah oyunçusu 2017-ci ildən“Bavariya”da oynayır və hazırkı müqaviləsi 2026-cı ilin yayındabaşa çatacaq. Münhen klubunda olduğu müddətdə o, 310 oyun keçirib,100 qol vurub və 69 məhsuldar ötürmə edib.

Bu mövsüm 30 yaşlı futbolçu bütün yarışlarda 25 oyunda iştirakedib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Seçilən
62
az.trend.az

1Mənbələr