AZ

Rəfah keçid məntəqəsi hər iki istiqamətdə fevralın 2-də açılacaq

Bakı, 31 yanvar, AZƏRTAC

Misir ilə Qəzza zolağı arasındakı sərhəddə yerləşən Rəfah keçid məntəqəsi fevralın 2-də hər iki istiqamətdə fəaliyyətini bərpa edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Fələstin Qəzza İdarəetmə Komitəsinin rəhbəri Əli Şaat məlumat verib.

Ə.Şaat “Facebook” hesabında yazıb: “Rəfah sərhəd keçid məntəqəsi fevralın 2-də hər iki istiqamətdə fəaliyyətini bərpa edəcək”.

Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi üçün Rəfah keçid məntəqəsinin hər iki istiqamətdə açılması məcburi şərt hesab olunur. Keçid məntəqəsi təxminən bir ildir bağlıdır və bu müddət ərzində Misirdən Qəzza sakinləri üçün nəzərdə tutulan bütün humanitar yardımlar İsraillə sərhəddə yerləşən digər keçid məntəqələrinə yönləndirilib.

Seçilən
19
4
azertag.az

6Mənbələr