Bakı. Trend:
Braziliyanın Olinda şəhərində yerləşən çimərlikdə 13 yaşlıyeniyetmə köpək balığının hücumuna məruz qalaraq həyatınıitirib.
Trend xəbər verirki, bu barədə "Agência Brasil" məlumat yayıb.
Məlumata görə, yeniyetmə dənizdə dostları ilə oynayarkən köpəkbalığı ona hücum edərək sağ budunun arxa hissəsindən dişləyib. O,çoxlu qan itirdiyindən xəstəxanaya heç bir həyat əlaməti olmadançatdırılıb.
Qeyd olunur ki, hadisənin baş verdiyi ərazi köpək balığıhücumları ilə tanınır. Bu insident Pernambuku ştatında köpək balığıhücumları nəticəsində həlak olanların sayını 27-yə çatdırıb.