AZ

Konstantin Soldatov: Ümid edirəm ki, səhnə əsəri tamaşaçıların qəlbinə yol tapacaq

Bakı, 31 yanvar, Anara Axundova, Səfiyar Məcnun, AZƏRTAC

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində eyniadlı tamaşanın premyerası keçirilib. Səhnə əsəri Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun pyesi əsasında hazırlanıb.

AZƏRTAC-ın müxbiri ilə söhbətində tamaşanın quruluşçu rejissoru Konstantin Soldatov səhnə əsərini birpərdəli komiks janrında təqdim etmək ideyasının necə yarandığını danışıb: “Pyesi oxuyanda başa düşdüm ki, onu standart, ənənəvi üsulla həll etmək mümkün deyil. Fikirləşdim ki, müxtəlif janrları birləşdirmək lazımdır və ağlıma komiks gəldi. Heç olmasa, onun bəzi elementlərini götürməyə çalışdıq. Rəssamlıqda “qarışıq texnika” deyilən anlayış var və bizim tamaşa da eyni prinsip əsasında qurulub. Çünki burada həm psixoloji teatr, həm formal teatr, həm kamera ilə iş, həm kino kadrları, hətta kölgə teatrı elementlərini də görmək olar”.

Həmsöhbətimiz tamaşanın tamaşaçıların qəlbinə yol tapacağına ümid etdiyini bildirib.

“Biz çox çalışdıq. Axı çox gözəl bir komanda formalaşdırmışıq: həm rəssamımız Çingiz Babayev, həm xoreoqraf Nigar İbrahimbəyli, həm də Gənc Tamaşaçılar Teatrının istedadlı aktyorları”, – deyə K.Soldatov vurğulayıb.

Seçilən
31
1
azertag.az

2Mənbələr