AZ

Almaniyada işsizlik son 12 ilin ən yüksək səviyyəsinə çatıb

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Almaniyada işsizlərin sayı 2025-ciilin dekabr ayı ilə müqayisədə 177 min nəfər artaraq 3 milyonhəddini keçib. İşsizlik səviyyəsi isə son 12 ilin ən yüksəkgöstəricisi olan 6,6 faizə yüksəlib.

Trend xəbər verirki, bu barədə “Tagesspiegel” nəşri məlumat yayıb.

Federal Məşğulluq Agentliyinin sədri Andrea Nales bildirib ki,hazırda əmək bazarında canlanma üçün çox az impuls mövcuddur vəilin əvvəlində işsizliyin artması əsasən mövsümi amillərləəlaqədardır.

Agentliyin məlumatına görə, iş axtaranlar üçün vakansiya tapmaqgetdikcə çətinləşir. Belə ki, qeydiyyatda olan boş iş yerlərininsayı 598 minə enib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34min azdır.

Bundan əlavə, 2026-cı ilin yanvar ayında təxminən 41 min məktəbməzunu və ali təhsil müəssisələrinin tələbəsi təcrübə yeri tapabilməyib.

Seçilən
88
1
az.trend.az

2Mənbələr