AZ

"Qarabağ"ın finala gedən yolu -

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib. Metbuat.az xəbər verir ki, "Qarabağ" bu turda İngiltərənin "Nyukasl" komandası ilə qarşılaşacaq. “Qarabağ” bu turdan qalib ayrılacağı təqdirdə, 1/8 finalda yalnız “Barselona” və ya “Çelsi” ilə üzləşə bilər.

Qeyd edək ki, “Qarabağ”ın qalib olacağı təqdirdə 1/8 və 1/4-də qarşılaşa biləcəyi rəqibləri sistemə görə tam məlumdur. “Qarabağ”ın 1/2 finalda qarşılaşa biləcəyi rəqibləri isə 1/4 finalın digər cütlüklərin nəticələrindən asılı olaraq dəyişir.

Mərhələ

“Qarabağ”ın potensial rəqibləri

1/8 final

“Barselona” və ya “Çelsi”

1/4 final

“Qarabağ” – “Barselona” qalibi → “Çelsi” / (“Borrusiya Dortmund” / “Atalanta” qalibi)
“Qarabağ” – “Çelsi” qalibi → “Barselona” / ( “Borrusiya Dortmund” / “Atalanta” qalibi)

1/2 final

“Real Madrid”, “Mançester Siti”, “Sportinq”, “Bavariya”, “Qalatasaray”, “Yuventus”, “Atletiko Madrid”

Seçilən
153
43
metbuat.az

10Mənbələr