AZ

Martin Edeqor “Arsenal”dan ayrıla bilər

“Arsenal”ın norveçli yarımmüdafiəçisi Martin Edeqor klubdan ayrılmağı düşünür.

İdmanxeber.az xəbər verir ki, buna səbəb futbolçu ilə baş məşqçi Mikel Arteta arasında yaranan gərgin münasibətdir. 27 yaşlı oyunçunun transferində “Bayern” və “İnter” maraqlıdır.

Edeqor 2021-ci ildən London klubunda çıxış edir. Bu mövsüm 24 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
38
idmanxeber.az

1Mənbələr