AZ

ABŞ Prezidenti İran rəhbərliyi ilə əlaqə saxlayıb

ABŞ Prezidenti Donald Tramp son günlər İran rəhbərliyi ilə əlaqə saxlayaraq Tehranı nüvə silahı hazırlamamağa və etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməməyə çağırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Amerika lideri Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən özü məlumat verib.

 

"Bəli, bunlar olub və mən onları davam etdirməyi planlaşdırıram", - deyə Tramp vurğulayıb.

 

Onun sözlərinə görə, təmasları zamanı onlara iki şərt qoyub: birincisi, nüvə silahından imtina; ikincisi, etirazçıları öldürməyi dayandırmaq.

 

" ABŞ Hərbi Dəniz Qüvvələrinin bir çox böyük və güclü gəmiləri İrana doğru gedir. Onlardan istifadə etməsəydik, əla olardı", - deyə Amerika lideri əlavə edib.

Seçilən
39
1
senzor.az

2Mənbələr