AZ

​Misir Prezidenti regionla bağlı xəbərdarlıq etdi

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ ilə İran arasında artan gərginliklə bağlı danışıb. Metbuat.az xəbər verir ki, o, gərginliyin region üçün dağıntılara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Misir Prezident Adminstrasiyasının açıqlamasına görə, Qahirə hökuməti regionda gərginliyi azaltmaq üçün intensiv səylər göstərir. Misir Prezidenti potensial münaqişənin region üçün iqtisadi nəticələrə səbəb ola biləcəyini bəyan edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp nəhəng ordunun İran sahillərinə doğru hərəkət etdiyini elan edib. O, Tehran hökumətini razılığa gəlməyə çağırıb, əks halda hücumla hədələyib.

Seçilən
12
metbuat.az

1Mənbələr