Rusiyanın BMT-yə Krım və Donbas üçün “öz müqəddəratını təyinetmə” tələbi ilə bağlı xəbərlər fonunda Baş katib António Quterreş bu prinsipin bu ərazilərə tətbiq edilə bilməyəcəyini və Ukraynanın ərazi bütövlüyü prinsipinin həlledici olduğunu bildirib.
Quterreş beynəlxalq hüququn iki əsas prinsipə əsaslandığını bildirib: dövlətlərin ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyin etməsinə. Lakin o, öz müqəddəratını təyinetmənin yalnız zəruri şərtlər yerinə yetirildikdə tətbiq olunduğunu vurğulayıb. “Biz belə bir nəticəyə gəldik ki, öz müqəddəratını təyinetmə prinsipi Krım və Donbasa tətbiq edilə bilməz, buna görə də bu vəziyyətdə Ukraynanın ərazi bütövlüyü prinsipi üstünlük təşkil edir.”
Daha əvvəl Türkiyə mediasına verdiyi müsahibədə Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın Donbas və Krım sakinlərinin öz müqəddəratını təyinetmə “hüququnu” tanımaq üçün BMT-yə müraciət etdiyini açıqlayıb.
//Samir Qurbanov, Editor.az