AZ

ABŞ Keniyanın şərqində hərbi aviabazanın uçuş-enmə zolağının genişləndirilməsinə 70 milyon dollar ayırıb

Bakı. Trend:

ABŞ Keniyanın şərqində, Somali ilə sərhəd yaxınlığında yerləşənhərbi bazanın uçuş-enmə zolağını genişləndirmək üçün 70 milyondollarlıq layihəyə start verib.

Trend xəbər verirki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Məlumata görə, Manda-Bey aviabazası Keniya Silahlı Qüvvələrinəməxsusdur, lakin uzun müddətdir Amerika qoşunları tərəfindənistifadə olunur. Aviabaza Somalidə fəaliyyət göstərən islamçı“Əş-Şəbab” qruplaşmasına qarşı mübarizədə strateji əhəmiyyətəmalikdir.

Uçuş-enmə zolağının genişləndirilməsi ilə bağlı təməlqoymamərasimində Keniyanın xarici işlər naziri Musaliya Mudavadi və ABŞdövlət katibinin müavini Kristofer Landau iştirak ediblər.

Keniyalı nazirin X sosial şəbəkəsində paylaşdığı məlumata görə,layihə iki ölkənin “Afrika Buynuzunda və onun hüdudlarından kənardasülhün, təhlükəsizliyin və terrorizmə qarşı mübarizənin təminedilməsi” istiqamətində birgə səylərinin tərkib hissəsidir.Kristofer Landau isə bildirib ki, “bu addım potensial düşmənlərəçox güclü bir siqnal göndərir”.

Seçilən
18
az.trend.az

1Mənbələr