Afrika ölkələri Qərbin təzyiqlərinə baxmayaraq, Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək istəklərini ifadə edirlər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi-texniki əməkdaşlıq komissiyasının iclasında bildirib.
“Bu gün Qərbin təzyiqlərinə baxmayaraq, Afrika tərəfdaşları Rusiya ilə hərbi və hərbi-texniki sahələrdə əlaqələri genişləndirməyə hazır olduqlarını bildirirlər”, - deyə prezident qeyd edib.
Putin deyib ki, söhbət təkcə Rusiya hərbi ixracatının artırılmasından getmir, həm də digər silahların, materialların və məhsulların alınmasından gedir:
"Söhbət əvvəllər çatdırılmış avadanlıqlara hərtərəfli xidmət göstərilməsindən, Rusiya hərbi məhsullarının lisenziyalı istehsalının təşkilindən və bir sıra digər məsələlərdən gedir".
Anar