AZ

Tramp ABŞ Maliyyə Nazirliyini məhkəməyə verdi



Amerika prezidenti Donald Tramp ABŞ Maliyyə Nazirliyinə və ölkənin əsas vergi yığımı agentliyi olan Daxili Gəlir Xidmətinə qarşı məhkəmə iddiası qaldırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, Ağ Ev rəhbəri prezidentliyinin ilk müddətində vergi bəyannamələrinin mediaya sızdırılmasına görə ən azı 10 milyard dollar təzminat tələb edib.

Florida ştatının Cənub Dairəsində onlayn dərc olunmuş iddia ərizəsinə görə, iddiaçılar - prezidentin özü, oğulları, eləcə də Tramp Təşkilatı - məhkəmədən "cavabdeh şəxslərin bilərəkdən, qəsdən və ya kobud səhlənkarlıq üzündən iddiaçıların vergi bəyannamələri haqqında məxfi məlumatları qanunsuz olaraq açıqladığını müəyyən etməsini istəyirlər. Kompensasiya olaraq prokurorluq cavabdehlərdən ən azı 10 milyard dollar ödəməyi tələb edir.

2020-ci ilin sentyabr ayında The New York Times qəzeti iddia edirdi ki, müxbirləri Trampın 20 ildən çox müddətə vergi bəyannamələrini nəzərdən keçiriblər. İddialara görə, həmin bəyannamələrdə onun 2016 və 2017-ci illərdə cəmi 1500 dollar gəlir vergisi ödədiyi göstərilib.

Anar
Seçilən
21
newscenter.az

1Mənbələr