AZ

Türkiyənin ən böyük neft emalı zavoduda güclü partlayış baş verib

İzmit şəhərində (Kocaeli vilayəti, Türkiyə) yerləşən ölkənin ən böyük neft emalı zavodu olan “Tüpraş İzmit Rafinerisi”də güclü partlayış nəticəsində böyük yanğın baş verib.

Bu barədə 29 yanvarda Türkiye Today məlumat verib. Məlumata görə, bütün neft emalı zavodunun işçiləri təxliyə edilib. Hazırda zərərçəkənlər və ya neft emalı zavoduna dəyən ziyan barədə məlumat yoxdur.

CNN Türk-ün məlumatına görə, partlayış cümə axşamı yerli vaxtla təxminən saat 21:30-da baş verib. “Tüpraş” nümayəndələri mediaya verdiyi açıqlamada partlayışın təmir işləri aparılan benzin çənində baş verdiyini qeyd ediblər. Yanğın tez bir zamanda nəzarət altına alınıb. Türkiyənin şimal-qərbində yerləşən neft emalı zavodu qlobal bazarlardan tankerlərlə daşınan idxal olunmuş xam nefti emal edir. Onun anbarlarında təxminən 3,03 milyon ton neft saxlanıla bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
28
editor.az

1Mənbələr