AZ

Rusiya yaza qədər fəal şəkildə döyüşməyə çalışacaq

Rusiya işğalçı qüvvələri fevral ayında Ukraynanın müxtəlif cəbhə xəttində hərbi əməliyyatları gücləndirməyi planlaşdırır.

Editor.az xəbər verir ki, bu barədə 30 yanvarda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Telegram-da bildirib. “Düşmən fevral ayında həm şərqdə, həm də digər yerlərdə cəbhəyə təzyiqi artırmağa çalışacaq. Lakin rusların planları əvvəlcədən məlum olduğuna görə, məqsədlərinə çata bilməyəcəklər. Rusiya ən azı yaza qədər fəal şəkildə döyüşməyə çalışacaq”, – deyə Kovalenko hesab edir.

Baş Qərargahın 30 yanvar tarixli məlumatına görə, son 24 saat ərzində cəbhədə 279 döyüş toqquşması baş verib – bu, bir gün əvvəl qeydə alınan rəqəmdən iki dəfə çoxdur. Ən gərgin döyüşlər 87 toqquşmanın baş verdiyi Pokrovsk sektorunda qeydə alınıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
33
editor.az

1Mənbələr