“Barselona” Fermin Lopeslə müqaviləni uzadıb.
İdmanxeber.az xəbər verir ki, Kataloniya klubu 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2031-ci ilin yayına qədər yeni sözləşmə imzalayıb.
Yeni anlaşmaya əsasən futbolçunun maaşı da artırılıb.
Qeyd edək ki, klubun yetirməsi olan Fermin Lopes bu mövsüm 26 oyunda 10 qol və 11 məhsuldar ötürmə ilə diqqət çəkib.