AZ

Arda "Real"da üsyan qaldırdı

Çempionlar Liqasında "Real Madrid"in "Benfika"ya 2-4 hesabı ilə uduzduğu matçda Arda Güler əvəzləndiyi zaman reaksiyası ilə yadda qalıb. Metbuat.az xəbər verir ki, Arda ehtiyat oyunçular skamyasına tərəf gedərkən qollarını geniş açıb və məşqçi Alvaro Arbeloanın yanında narazılığını ifadə edərək "Həmişə mən, həmişə mən" - deyib. Bu anlar İspaniya mətbuatında müzakirələrə səbəb olub.

Qeyd edək ki, "Benfika"ya məğlub olan “Real”, ilk səkkizlikdə yer almadığı üçün 1/8 finala birbaşa vəsiqə qazana bilməyib. Bu da klubun 1/8 finala vəsiqə qazana bilməsi üçün əlavə iki oyun keçirəcəyinə səbəb olub.

Seçilən
13
metbuat.az

1Mənbələr