AZ

“Qarabağ” – “Nyukasl” oyunlarının vaxtı açıqlanıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq “Qarabağ” və İngiltərənin “Nyukasl” komandaları arasında keçiriləcək oyunların vaxtı dəqiqləşib.

90deqiqe.Az-ın məlumata görə, “Qarabağ” ilk matçını fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.

Komandalar arasında cavab oyunu fevralın 24-də İngiltərədə baş tutacaq. Həmin görüş Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, bu qarşılaşmaların nəticəsinə əsasən UEFA Çempionlar Liqasının növbəti mərhələsinə yüksələcək komanda müəyyənləşəcək.

Seçilən
29
90deqiqe.az

1Mənbələr