AZ

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Pakistana səfər etdi (FOTO)

Bakı. Trend:

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkədə səfərdəolan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsiXələf Xələfovu qəbul edib. X.Xələfov Baş nazirin müavini və xariciişlər naziri Məhəmməd İshaq Dar ilə də görüşüb.

Ölkəmizin Pakistandakı səfirliyindən Trend-ə bildiriblər ki, görüşlər zamanı ikiölkə arasındakı sarsılmaz dostluğa və qardaşlığa əsaslananmünasibətlərimizin dinamik inkişafının əhəmiyyəti vurğulanıb.Strateji xarakter daşıyan ikitərəfli əlaqələrimizin AzərbaycanPrezidenti və Pakistanın Baş nazirinin liderliyi ilə yeni müstəviyəyüksəldiyi məmnunluqla ifadə olunub.

Qeyd olunub ki, son dövrlər qardaş ölkə liderləri tərəfindənhəyata keçirilən intensiv qarşılıqlı səfərlər və müxtəlifplatformalar çərçivəsində keçirilən görüşlər münasibətlərə yeniməzmun və keyfiyyət qazandırıb.

Görüşlərdə ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinəzərdən keçirilib. Siyasi, müdafiə və təhlükəsizlik sahəsindəmövcud əməkdaşlığın genişləndirilməsi, habelə iqtisadi-ticarət,investisiya, turizm, İT, süni intellekt, kənd təsərrüfatı, rabitə,mədəniyyət sahələrində birgə layihələrin həyata keçirilməsi ilətərəfdaşlığın dərinləşməsi imkanları ətrafında müzakirələraparılıb.

Görüşlərdə, həmçinin bütün regional və beynəlxalq platformalarçərçivəsində dost və qardaş ölkələrimizin bir-birinin haqq işinifəal şəkildə müdafiə etməsi xüsusilə vurğulanıb. Bununla yanaşı,tərəflər Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindənirəli gələn məsələlər ətrafında, xüsusilə AQEM-in beynəlxalqtəşkilata transformasiyası mövzusunda müzakirələr aparıb.

Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusitapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Azərbaycanınintellektual brendi olan "ASAN konsepsiyası" əsasında yaradılan vəcari ilin yanvarın 14-də Pakistanın Baş nazirinin iştirakı iləaçılışı həyata keçirilən Pakistan “Asan xidməti” mərkəzini ziyarətedib, görülmüş işlərlə tanış olub.

Prezidentin
Prezidentin
Prezidentin
Seçilən
52
9
az.trend.az

10Mənbələr