Gəncədə qəza oldu - XƏSARƏT ALAN var
Ajans.az-ın məlumatına görə, hadisə şəhərin Dəyirman dairəsi adlanan ərazisində baş verib. Hərəkətdə olan "Chevrolet" ilə digər minik avtomobili toqquşub. Nəticədə bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.