AZ

İki qardaş "Şərur" MTK-dan şikayətçidirVİDEO

Yardımlı rayon sakinləri - Mirhəsən Əlizadə və qardaşı Mirməhəmməd Əlizadə "Şərur" MTK-dan narazıdırlar. Xezerxeber.az-ın məlumatına görə, onlar bildirirlər ki, 3 il öncə həmin MTK-ya məxsus tikinti sahəsində - Yeni Yasamal, “Jasmin Park" yaşayış kompleksində şirkətin bəzək-suvama-təmir işlərini görməyə başlayıblar. İlkin mərhələdə yalnız usta kimi fəaliyyət göstərdiklərini deyən qardaşlar, təxminən bir il sonra həmin ərazidə dönərxana açmaq məqsədilə şirkətdən icarəyə boş obyekt götürüblər. Elə hadisələr də bundan sonra başlayıb: "İlk başda qardaşımla bərabər balaca bir yer götürdük. Təmirsiz şəkildə idi. Öz büdcəmizə təmir etməyi üzərimizə götürdük. İcarə haqqını da gördüyümüz işlər hesabına ödəməyi razılaşdırdıq. Yəni burada işləyirik, bizə ödəniləcək məbləğdən icarə haqqı çıxılır və yerdə qalan məbləğ bizə nağd şəkildə ödənilir. Razılaşdıq, müqavilə imzaladıq. Müqaviləyə əsasən 47 kvadrat yer üçün 400 manat icarə haqqı qeyd olundu".

İddialarına görə, qardaşlar sonradan əlavə 100 kvadratmetr də təmirsiz boş sahə icarəyə götürüb, məkanı dönərxana-kafe kimi işlətmək istəyiblər. Bu zaman icarə haqqı 1440 manat müəyyən edilib. Bu məbləğin də şirkətin təmir işləri üzrə onlara olan ödənişləri hesabına bağlanması barədə razılığa gəliblər. Lakin yaşayış kompleksinin tam hazır olmaması və müştəri azlığı səbəbindən elektrik və kommunal ödənişlərdə gecikmələr yaranıb və nəticədə şirkətə təxminən 4000 manat borc formalaşıb.

Şikayətçilər deyir ki, sonradan icarə haqqı da nağd şəkildə hesablanaraq, işıq pulu daxil olmaqla ümumi borcun 24 min manat olduğu bildirilib. Onlar iddia edirlər ki, obyektə öz şəxsi vəsaitləri hesabına 200 min manatdan artıq yatırım ediblər. Buna baxmayaraq, şirkət təmir xərclərini 10 min 200 manat hesablayıb, üzərinə 7000 manat da əlavə edərək onların hələ də borclu qaldığını bildirib. Üstəlik, MTK şikayətçilərin obyektdəki daşınan əmlaklarını da vermir.

İddialarla bağlı qarşı tərəfin, yəni "Şərur" MTK-nın mövqeyini öyrənmək üçün şirkətlə əlaqə saxladıq. Bildirildi ki, müqvilə şərtlərini pozan tərəf obyekt icarəyə götürənlərdir.

Digər iddialara isə MTK-dan münasibət bildirilmədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
65
25
xezerxeber.az

10Mənbələr