Xüsusi parklanma ərazilərində tariflər müəssisənin daxili qaydalarına uyğun olaraq müəyyən edilir. Küçə parklanmasında isə nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş zonalara uyğun olaraq müəyyən edilir və “AzParking” mobil tətbiqinin “Parkinq” bölməsində əks olunur.
Beləliklə, “AzParking” mobil tətbiqi parklanma ərazilərini vahid platformada birləşdirərək bir mənbədən ödəniş imkanı yaradır. Onu da qeyd edək ki, xüsusi parklanma ərazilərində ödənişlə bağlı hər hansı bir sual ilə üzləşdikdə birbaşa həmin parkinqin səlahiyyətli şəxslərinə müraciət edilməlidir.